Misli Premyer Liqası: Qarabağ ArazNaxçıvanı məğlub edib | Icma.az
Cbcsport saytına istinadən Icma.az xəbər verir. "Qarabağ" Misli Premyer Liqasında 2024-cü ilin sonuncu oyununda qələbə qazanıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv XVIII turda "Araz-Naxçıvan"la üz-üzə gəlib.
Ağdam təmsilçisi rəqibini 2:0 hesabı ilə üstələyib. 41-ci dəqiqədə Yassin Benzia hesabı açıb.
72-ci dəqiqədə Abdullah Zubir adını tabloya yazdırıb. Birinci pillədə qərarlaşan "Qarabağ" xallarının sayını 47-yə çatdırıb.
Naxçıvan klubu 39 xalla ikinci sıradadır. Günün ilk görüşündə "Şamaxı" evdə "Sabah"ı məğlub edib - 3:1.
Qeyx edək ki, XVIII turun əvvəlki matçlarında "Zirə" səfərdə "Səbail"dən üstün olub - 1:0.
"Turan Tovuz" - "Neftçi" oyununda qalib müəyyənləşməyib - 1:1. "Kəpəz" - "Sumqayıt" qarşılaşmasında isə qapılara qol vurulmayıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu