Misli Premyer Liqası: “Qarabağ” “Qəbələ”ni məğlub edib

26.09.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 26 sentyabr, AZƏRTAC

Misli Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, "Qarabağ" "Azersun Arena"da "Qəbələ"ni qəbul edib. Görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Abdullah Zubir və Musa Qurbanlı vurublar.

Hazırda Qurban Qurbanovun kollektivi 10 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Qonaqlar 4 xalla onuncu yerdədir.

Günün ilk matçında "Zirə" "İmişli" ilə heç-heçə edib - 1:1.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью