Misli Premyer Liqası: “Qarabağ” “Şamaxı”nı qəbul edəcək AZƏRTAC

17.01.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 17 yanvar, AZƏRTAC

Bu gün Misli Premyer Liqasında ilin ilk oyunu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, XIX turun açılış görüşündə turnir cədvəlinin lideri “Qarabağ” “Şamaxı”nı qəbul edəcək. Saat 19:00-da başlayacaq qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Ağdam klubu 47 xalla birinci pillədədir. Bölgə təmsilçisi isə 17 xalla 7-ci sıradadır.

Qeyd edək ki, XIX turun digər matçları yanvarın 18-19-da reallaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью