Misli Premyer Liqası: “Qarabağ” səfərdə, “Neftçi” evdə oynayacaq

23.11.2024

Icma.az, Azpost portalına istinadən məlumat verir.

Bu gün Misli Premyer Liqasında XIV turun növbəti oyunları keçiriləcək.

Əvvəlcə meydana “Səbail” və “Qarabağ” komandaları çıxacaqlar. “ASCO Arena”da reallaşacaq görüş saat 17:00-da başlayacaq.

Ev sahibi komanda 8 xalla 9-cu, qonaqlar isə 31 xalla 2-ci pillədə qərarlaşıb.

Saat 19:00-da isə “Neftçi” “Zirə”ni qəbul edəcək. Matç “Neftçi Arena” təşkil olunacaq.

“Ağ-qaralar” 10 xalla 8-ci, “qartallar” isə 20 xalla 4-cü yerdədir.

Qeyd edək ki, ötən gün turun açılış qarşılaşmasında “Araz-Naxçıvan” “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью