Misli Premyer Liqası: “Qarabağ” xal itirib AZƏRTAC

07.12.2024

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 7 dekabr, AZƏRTAC

Misli Premyer Liqasında XVI turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, son çempion “Qarabağ” səfərdə “Sabah”la qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib.

Rəqiblərindən bir oyun az keçirən Ağdam klubu 38 xalla 2-cı sırada qərarlaşıb. “Bayquşlar” isə 23 xalla 5-ci pillədədir.

Günün ilk qarşılaşmasında “Səbail” və “Araz-Naxçıvan” komandaları üz-üzə gəliblər. “ASCO Arena”da keçirilən görüş Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra qonaqlar 39 xalla liderliyə yüksəlib, meydan sahibləri isə 8 xalla sonuncu – 10-cu pillədə qalıb.

Qeyd edək ki, XVI turun digər görüşləri dekabrın 8-i və 9-da reallaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью