Misli Premyer Liqası: “Qarabağ”ın “Şamaxı” ilə ev və səfər oyunlarının yeri dəyişdirilib AZƏRTAC

24.12.2024

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 24 dekabr, AZƏRTAC

Misli Premyer Liqasının III dövrəsində keçiriləcək “Şamaxı” – “Qarabağ” oyununun yeri dəyişdirilib.

AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu qərar Azərbaycan çempionunun Avropa Liqasının Liqa mərhələsindəki vacib qarşılaşmaya daha yaxşı hazırlaşması məqsədilə qəbul olunub.

Ağdam klubunun müraciətini və bölgə təmsilçisinin razılığını nəzərə alan PFL 3-cü dövrənin “Şamaxı” – “Qarabağ” qarşılaşması ilə 4-cü dövrənin “Qarabağ” - “Şamaxı” görüşlərinin yerini dəyişdirib.

Klubların əvəzedici heyətlərinin təqvim oyunları ilə bağlı isə dəyişiklik yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью