Misli Premyer Liqası: Sabah Araz Naxçıvan la heç heçə edib, Zirə Sumqayıt ı üstələyib

25.10.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 25 oktyabr, AZƏRTAC

Misli Premyer Liqasında IX turun növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, günün ilk matçında "Sabah" "Araz-Naxçıvan"la üz-üzə gəlib. Görüş heç-heçə ilə bitib- 2:2.

İkinci qarşılaşmada "Sumqayıt" "Zirə"nin qonağı olub. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran “Zirə” üçüncü, eyni xala malik "Araz-Naxçıvan" dördüncü, 15 xalı olan “Sabah” beşinci, "Sumqayıt” isə 14 xalla altıncı pillədə qərarlaşıb.

Qeyd edək ki, daha əvvəl "Turan Tovuz" "Karvan-Yevlax"ı 2:1, “İmişli" "Kəpəz"i 3:0 hesabı ilə üstələyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью