Misli Premyer Liqası: Sabah Şamaxı nı məğlubiyyətə uğradıb

10.05.2025

Cbcsport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Misli Premyer Liqasında XXXIV tura start verilib.

Açılış matçında "Sabah" "Şamaxı"nı qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib - 3:1. Meydan sahiblərinin qollarını 12 və 72-ci dəqiqədə İqor Noqeyra, 90+3-cü dəqiqədə Pavol Safranko vurub.

Qonaqlardan Leroy Mikels 26-cı dəqiqədə adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 44-ə çatdıran "Sabah" beşinci pillədə qərarlaşıb, "Şamaxı" isə 36 xalla yeddinci sıradadır.

Qeyd edək ki, tura mayın 11-də yekun vurulacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью