Misli Premyer Liqası: Sabah Sumqayıt la heç heçə edib

26.01.2025

Cbcsport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Misli Premyer Liqasının XX turunda "Sabah" "Sumqayıt"la heç-heçə edib.

"Bank Respublika Arena"da keçirilən görüşdə qol vurulmayıb və komandalar 1 xalla kifayətlənməli olub.

"Sabah" komandası 28 xalla turnir cədvəlində beşinci pillədə qərarlaşıb. "Sumqayıt" isə 21 xalla 6-cı yerdədir.

Qeyd edək ki, XX turun daha əvvəl keçirilən görüşlərində "Zirə" "Şamaxı"nı 2:1, "Səbail" "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib. Tura sabah "Araz-Naxçıvan" - "Neftçi" və "Qarabağ" - "Turan Tovuz" görüşü ilə yekun vurulacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью