Misli Premyer Liqası: “Şamaxı” evdə “Araz Naxçıvan”la heç heçə edib

27.09.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 27 sentyabr, AZƏRTAC

Misli Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Şamaxı” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hazırda Naxçıvan təmsilçisi 11 xalla ikinci pillədə qərarlaşıb. Ev sahibləri isə 6 xalla səkkizinci yerdədir.

Turun ötən gün baş tutmuş matçlarında “Qarabağ” “Azersun Arena”da “Qəbələ”ni qəbul edib. Görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Zirə” isə “İmişli” ilə heç-heçə edib - 1:1.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью