Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 31 yanvar, AZƏRTAC
Misli Premyer Liqasında XXIII turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə "Kəpəz" və "Şamaxı" komandaları üz-üzə gəlib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün ikinci görüşündə "Sabah" səfərdə "Zirə" ilə qarşılaşıb. Bu matçda da qonaqlar sevinən tərəf olublar - 3:1.
Bu nəticədən sonra xallarını 43-ə çatdıran "Sabah" liderliyini möhkəmləndirib.
"Zirə" isə 29 xalla 5-ci pillədə qalıb.