Misli Premyer Liqası: Səbail Şamaxı nı, Sumqayıt Qarabağ ı qəbul edəcək

03.03.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Misli Premyer Liqasının XXV turunun qar səbəbindən təxirə salınmış oyunlarına iki görüşlə start veriləcək.

Oxu.Az xəbər verir ki, "Səbail" "Şamaxı"nı saat 17:00-da, "Sumqayıt" isə "Qarabağ"ı saat 19:30-da qonaq edəcək.

Qeyd edək ki, turun digər oyunlarında "Turan Tovuz" "Zirə"ni, "Sabah" "Araz-Naxçıvan"ı, "Kəpəz" isə "Neftçi"ni qəbul edəcək.

3 mart

Misli Premyer Liqası

XXV tur

Saat 17:00, "Səbail" - "Şamaxı";

Saat 19:30, "Sumqayıt" - "Qarabağ".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью