Misli Premyer Liqası: Sumqayıt Sabahı məğlubiyyətə uğradıb

04.11.2024

Icma.az, Cbcsport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasının XII turunda "Sumqayıt" doğma meydanda "Sabah"ı məğlub edib.

Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçirilən matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 90+4-cü dəqiqədə Roy Kehat vurub.

Bu nəticədən sonra xallarının sayını 13-ə yüksəldən "Sumqayıt" 6-cı pillədə qərarlaşıb. "Sabah" isə 17 xalla beşincidir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" evdə "Araz-Naxçıvan"a uduzub - 0:1. "Turan-Tovuz" - "Qarabağ" matçında qol vurulmayıb. "Zirə" səfərdə "Şamaxı"nı məğlub edib - 2:0. "Kəpəz" isə "Səbail" üzərində qələbə qazanıb - 1:0.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью