Misli Premyer Liqası: Təxirə salınan oyunun hakimləri açıqlandı

04.11.2024

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misli Premyer Liqasının III turundan təxirə salınan oyuna təyinatlar açıqlanıb.

"Unikal" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Zirə” və “Araz-Naxçıvan” komandaları arasında keçiriləcək matç Rauf Cabbarova tapşırılıb.

Onun köməkçiləri Eyyub İbrahimov və Asiman Əzizli olacaq. Dördüncü hakim funksiyasını Kamran Əliyev yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 6-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 19:00-da başlayacaq.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью