Misli Premyer Liqası: Təxirə salınan oyunun hakimləri açıqlanıb AZƏRTAC

04.11.2024

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 4 noyabr, AZƏRTAC

Misli Premyer Liqasının III turundan təxirə salınan oyuna təyinatlar açıqlanıb.

AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Zirə” və “Araz-Naxçıvan” komandaları arasında keçiriləcək matç Rauf Cabbarova tapşırılıb.

Onun köməkçiləri Eyyub İbrahimov və Asiman Əzizli olacaq. Dördüncü hakim funksiyasını Kamran Əliyev yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 6-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 19:00-da başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью