Misli Premyer Liqası: XII tur aşağı məhsuldarlıqla əlamətdar olub | Icma.az
Cbcsport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Misli Premyer Liqanın XII turu aşağı məhsuldarlıqla əlamətdar olub.
Keçirilən 5 görüşdə cəmi 5 qol vurulub. Yalnız “Şamaxı” – “Zirə” qarşılaşmasında (0:2) iki qol qeydə alınıb.
“Neftçi” – “Araz-Naxçıvan” (0:1), “Kəpəz” – “Səbail” və “Sumqayıt” – “Sabah” (hər ikisi 1:0) matçlarında bir top vurulub.
“Turan Tovuz”la “Qarabağ”ın görüşü isə qolsuz bitib. Turda orta məhsuldarlıq 1,00-a bərabər olub. Bu, son 8 mövsümün antirekordudur.
Həm eyni, həm də daha aşağı məhsuldarlıq sonuncu dəfə 2016/2017 mövsümündə yaşanıb.
Həmin vaxt 4 matçın keçirildiyi XXII turda 4 (orta məhsuldarlıq 1,00), II turda cəmi 3 (orta məhsuldarlıq 0,75) qol qeydə alınıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu