Cbcsport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Misli Premyer Liqasının XIII turunda baş tutan "Kəpəz" - "Sabah" görüşü (2:2) Gəncə təmsilçisinin futbolçusu Orxan Əliyev üçün əlamətdar olub.
28 yaşlı futbolçu "sarı-göylər"in heyətində 50-ci çempionat matçına çıxıb.
Bu oyunlarda 6 qol vuran O.Əliyevin məhsuldar zərbələrinin yarısı cari mövsümə təsadüf edib.
Hücumçu daha əvvəl "Neftçi" ilə görüşdə dubla imza atıb. Qeyd edək ki, "Kəpəz" hazırda turnir cədvəlində 7 xalla 10-cu yerdə qərarlaşıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.