Misli Premyer Liqası: XX tur sensasiya ilə başlayıb

31.01.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 31 yanvar, AZƏRTAC

Misli Premyer Liqasında XXI tura start verilib.

AZƏRTAC xəbər verir ki, açılış oyununda “Kəpəz” Tovuzda “Sabah”ı qəbul edib. Beş qolun vurulduğu qarşılaşma nominal meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Gəncə klubunun heyətində qolları Mahamadu Ba, Əli Səmədov və Rauf Hüseynli vurublar. Qonaqlarda isə Pavol Şafranko (penalti) və Cesse Sekidika fərqləniblər. Bakı klubu 63-cü dəqiqədə meydanda azlıqda qalıb. İqor Noqeyra ikinci sarıdan qırmızı vərəqə ilə meydandan qovulub.

Bu qələbədən sonra xallarını 17-yə çatdıran “Kəpəz” son sıranı tərk edərək 9-cu pilləyə yüksəlib. “Sabah” isə 28 xalla 5-ci yerdə qalıb.

Günün ikinci görüşündə “Neftçi” doğma meydanda “Şamaxı” ilə qarşılaşacaq. “Neftçi Arena”dakı oyun saat 18:30-da başlayacaq.

Qeyd edək ki, XXI tura fevralın 2-də yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью