Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 14 fevral, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında XX turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ikinci matçında “Zirə” öz meydanında autsayder “Karvan-Yevlax”ı qəbul edib.
Zirə İdman Kompleksinin stadionunda keçirilən görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə bitib - 1:0.
Yeganə qola 20-ci dəqiqədə Davit Volkov imza atıb.
Bu nəticədən sonra paytaxt təmsilçisi xallarının sayını 35-ə çatdıraraq turnir cədvəlində üçüncü sıraya yüksəlib. Aktivində 6 xalı olan bölgə klubu isə sonuncu - 12-ci pillədə yer alıb.
Qeyd edək ki, açılış qarşılaşmasında "Qarabağ" səfərdə "İmişli"ni 1:0 hesabı ilə üstələyib.
XX turun digər oyunları fevralın 15-16-da keçiriləcək.