Misli Premyer Liqası: “Zirə” və Şəfa dan qələbə

23.08.2026

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

 Misli Premyer Liqasında 2-ci tura start verilib. 

Modern.az xəbər verir ki, ilk oyun günü üçün nəzərdə tutulan matçlar başa çatıb.

Əvvəlcə “Qəbələ” öz meydanında debütant “Şəfa”nı qəbul edib. Matç "Şəfa"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki komanda ilk turda uduzub. “Qəbələ” “Turan Tovuz”a (0:1), “Şəfa” isə “Zirə”yə (0:2) məğlub olub. 

Digər qarşılaşmada isə “Zirə” doğma divarlar arasında “İmişli”ni sınağa çəkib. Görüş "Zirə"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью