Misli Premyer Liqasında 10 cu tur

03.11.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Misli Premyer Liqasında X tura dünən yekun vurulub. Turun son qarşılaşmasında “Sumqayıt” “Şəfa”nı qəbul edib. “SOCAR Polymer Arena”da baş tutan görüş 1:1 hesabı ilə başa çatıb.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında X turun digər matçlarında “Turan Tovuz” “Sabah”ı (3:2), “Neftçi” “Şamaxı”nı (3:2), “Kəpəz” “İmişli”ni (1:0) məğlub edib. “Araz-Naxçıvan” – “Zirə” (2:2) və “Qəbələ” – “Qarabağ” (0:0) oyunlarında qalib müəyyənləşməyib. Hazırda “Neftçi” 21 xalla çempionata başçılıq edir. Azərbaycan çempionu “Sabah” 20 xalla 2-ci, “Qarabağ” 19 xalla 3-cü pillədədir.

Qabil YUSİFOĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью