Misli Premyer Liqasında 12 ci tur

24.11.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasının XII turun son oyun günündə “Kəpəz” “Qarabağ”ı qəbul edib. Gəncə şəhər stadionunda keçən oyunda hesab açılmayıb – 0:0. “Neftçi” isə Şamaxı şəhər stadionunda “Araz-Naxçıvan”a 3:1 hesabı ilə qalib gəlib.

Bu görüşdən sonra “Neftçi” 27 xalla liderdir. İkinci və üçüncü pillələri 24 xalla “Sabah” və “Turan Tovuz” bölüşürlər.

Xatırladaq ki, XII turun əvvəlki oyunlarında “İmişli” “Zirə” ilə heç-heçə (2:2) edib. “Sabah” səfərdə “Sumqayıt”ı (5:1), “Turan Tovuz” “Şamaxı”nı (2:0), “Qəbələ” isə “Şəfa”nı (2:0) məğlub edib.

Qabil YUSİFOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью