Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır. Misli Premyer Liqasının 2024/25 mövsümünün ilk yarısında 90 oyun keçirilib.
İdman.biz xəbər verir ki, bu matçlarda 144 min 355 tamaşaçı qeydə alınıb. Orta göstərici 1604-ə bərabər olub.
İlk 18 turun rekordu X turun “Neftçi” – “Qarabağ” matçında gerçəkləşib. “Neftçi Arena”ya 7069 seyrçi toplaşıb.
Antirekord isə XI turun “Araz-Naxçıvan” – “Zirə” görüşünə məxsusdur – 80 tamaşaçı.
Klubların ev oyunlarındakı orta göstəricidə “Turan Tovuz” böyük üstünlüyə malikdir. “Neftçi” ikinci, “Sumqayıt” üçüncüdür.
Bu üç komanda ümumi orta göstəricidən yüksək nəticəyə sahibdir.
yer komanda oyun tamaşaçı Orta 1 Turan Tovuz 9 39700 4411 2 Neftçi 9 21931 2437 3 Sumqayıt 9 21450 2383 4 Qarabağ 9 13820 1536 5 Sabah 9 12904 1434 6 Şamaxı 9 9800 1089 7 Kəpəz 9 9650 1072 8 Səbail 9 6500 722 9 Zirə 9 6400 711 10 Araz-Naxçıvan 9 2200 244 Cəmi 90 144355 1604 İdman.biz Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.