Misli Premyer Liqasında bombardirliyə belə yüksəldi Video

22.11.2024

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

“Araz Naxçıvan”ın hücumçusu Felipe Santos bu mövsüm Misli Premyer Liqasında 7-ci qolunu vurub.

QOL.az xəbər verir ki, braziliyalı futbolçu 13-cü turun “Turan Tovuz”a qarşı səfərdə keçirilən açılış oyununda fərqlənib. 

27 yaşlı futbolçu 25-ci dəqiqədə rəqib qapısına yol tapıb. “Araz Naxçıvan” 2:0 hesabı ilə qələbə qazanıb. Digər qolu rəqib qapısından Bernardo Dias (86-cı dəq.) keçirib.

Felipe Santos bugünkü matçda qol vurmaqla yanaşı, Misli Premyer Liqasının bombardirlər siyahında vahid liderliyi də ələ alıb. Hazırda siyahıda ikinci-ücüncü yerləri isə “Sabah”ın futbolçuları Cessi Sekidika (6 qol) və Coy-Lens Mikels (5 qol) tuturlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью