Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək

07.11.2026

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Misli Premyer Liqasında XI turun növbəti oyunları bu gün baş tutacaq.

BAKU.WS xəbər verir ki, turun şənbə proqramında azarkeşləri iki maraqlı qarşılaşma gözləyir.

Günün ilk matçında saat 16:00-da "Şəfa" "Araz-Naxçıvan"la münasibətlərinə aydınlıq gətirəcək. Görüş SOCAR Polymer Arenada keçiriləcək.

Saat 18:30-da isə "Zirə" doğma meydanda "Qəbələ"ni qəbul edəcək. Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.

Misli Premyer Liqası

XI tur | 7 noyabr

16:00 – "Şəfa" – "Araz-Naxçıvan"

18:30 – "Zirə" – "Qəbələ"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью