Misli Premyer Liqasında come back edərək ən çox xal qazanan klublar | Icma.az
sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Misli Premyer Liqasında 2024/2025 mövsümünə yekun vurulub.
Sport24.az başa çatan mövsümdə geriyə düşdüyü matçlarda ən çox xal qazana bilən klublarla bağlı araşdırma aparıb.
Siyahının ilk pilləsində "Sabah" qərarlaşıb. "Bayquşlar" 20 qarşılaşmada hesabda geri düşüblər.
Komanda bunların 5-də qalibiyyət, 7-də heçə-heçə edərək aktivinə 22 xal qazandırıb. İkinci sırada "Turan Tovuz" yer alıb.
Tovuz təmsilçisi 17 dəfə geridə olduğu zaman 3 görüşdə qələbəyə sevinib, 5 dəfə bərabərliyə nail olub və 14 xal əldə edib.İlk "üçlüy"ü "Kəpəz" qapayır.
Gəncə klubu 26 matçda hesabda geridə olub. "Sarı-göylər" bunların 3-də qalibiyyət əldə qazanıbsa, 5 dəfə heç-heçə edərək 12 xal qazanıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu