Misli Premyer Liqasında fasilə başa çatır

22.11.2024

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Bu gün Misli Premyer Liqasında milli komandaların oyunları ilə bağlı yaranmış fasilə başa çatacaq.

QOL.az xəbər verir ki, 14-cü turun ilk oyun günündə 1 matç keçiriləcək. Autsayder "Kəpəz" 2-ci yerdəki "Araz-Naxçıvan"ı qəbul edəcək. Görüş saat 17:00-da başlayacaq.

"Kəpəz" bu matçda qalib gələrsə, son pillədən qurtulacaq. Həmçinin sözügedən oyun "Araz-Naxçıvan" üçün liderliyə yüksəlmək baxımından yaxşı şansdır. 

Bu komandalar arasında 1-ci dövrənin görüşündə Naxçıvan təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 14-cü turun digər qarşılaşmaları 23 və 24 noyabr tarixlərində oynanılacaq. 

22 noyabr (cümə)

17:00. “Kəpəz” – “Araz-Naxçıvan”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov

Tovuz şəhər stadionu

23 noyabr (şənbə)

17:00. “Səbail” – “Qarabağ”

Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Cəmil Quliyev, Əkbər Əhmədov

“ASCO Arena”

19:00. “Neftçi” – “Zirə”

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əli Əliyev

“Neftçi Arena”

24 noyabr (bazar)

17:00. “Turan Tovuz” –“ Sabah”

Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Rahil Ramazanov, Tural Qurbanov

Tovuz şəhər stadionu

19:00. “Sumqayıt”– “Şamaxı”

Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə 

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

N Klublar O Q H M T-F X 1 Qarabağ 12 10 1 1 32-6 31 2 Araz-Naxçıvan 13 9 3 1 16-10 30 3 Turan Tovuz 13 7 5 1 19-10 26 4 Zirə  13 6 2 5 18-13 20 5 Sabah 13 4 6 3 22-19 18 6 Sumqayıt 13 4 1 8 10-16 13 7 Şamaxı 12 3 4 5 10-15 13 8 Neftçi 13 1 7 5 11-19 10 9 Səbail 13 2 2 9 16-23 8 10 Kəpəz 13 2 1 10 10-33 7

Bombardirlər:

Cesse Sekidika ("Sabah") - 6 qol
Felipe Santos ("Araz-Naxçıvan") - 6 qol
Coy Lens Mikels ("Sabah") -5 qol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью