Misli Premyer Liqasında gənclərə şans verilmir: Nəriman Axundzadə ən yaxşılar arasında İdm…
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
CİES 21 yaşadək futbolçuların milli çempionatlarda çıxışı ilə bağlı hesabat hazırlayıb.
İdman.biz xəbər verir ki, Misli Premyer Liqası gənclərə ən az şans verilən çempionatlar sırasında yer alıb.
Mövsümün arxada qalan hissəsində meydana çıxan 212 futbolçudan yalnız 9-nun yaşı 21-ə qədərdir.
Bu, araşdırma aparılan 65 liqa arasında 62-64-cü nəticədir. Çin və Yunanıstanda da cəmi 9 gəncə şans verilib.
Antirekord isə Kipr çempionatına məxsusdur. Ada ölkəsinin liqasında cəmi 7 gənc meydana çıxıb.
Premyer Liqadakı 9 gəncdən biri olan Nəriman Axundzadə isə müsbət mənada fərqlənib.
O, sağ cinah vingerlərinin zərbələrinə assistentlikdə 75,1 əmsalla dünyada 7-ci olub.
Tam oxu
Xəbəri oxu