Misli Premyer Liqasında ilin son turuna start verilir AZƏRTAC

20.12.2024

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 20 dekabr, AZƏRTAC

Bu gün futbol üzrə Misli Premyer Liqasında ilin son turuna start veriləcək.

AZƏRTAC xəbər verir ki, XVIII turun açılış matçında “Sumqayıt” “Kəpəz”in qonağı olacaq. Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 16:00-da başlayacaq. Matçın baş hakimi Kamal Umudlu olacaq.

Hazırda “gənclik şəhəri” təmsilçisi turnir cədvəlində 19 xalla 6-cı, aktivində 10 xalı olan Gəncə klubu isə 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, XVIII turun digər oyunları dekabrın 21-22-də təşkil olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью