Misli Premyer Liqasında IX tur

25.10.2025

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasında IX tura dünən start verilib. İlk oyun gününün açılış matçında “Turan Tovuz” “Karvan-Yevlax”ın qonağı olub.

Şamaxı şəhər stadionunda baş tutuan qarşılaşma tovuzluların qələbəsi ilə başa çatıb – 2:1. Bu qələbədən sonra 18 xala malik “boz qurdlar” turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib. Hesabı 69-cu dəqiqədə Yevlax futbolçuları açıb. Meydan sahiblərinin 11 nömrəli futbolçusu Şakil Sno adını tabloya yazdırıb. Bundan 2 dəqiqə sonra qonaqlardan Alexandro Serrano hesabı bərabərləşdirib. 77-ci dəqiqədə Roberto Olabenin vurduğu qol “Turan Tovuz”un qələbəsini rəsmiləşdirib.

Günün ikinci görüşündə isə Qəbələ şəhər stadionunda “Kəpəz” “İmişli”ni qəbul edib. Oyunda meydan sahiblərinin qapısından 3 cavabsız top keçirən İmişli təmsilçiləri böyük hesablı qələbə qazanıblar– 0:3.

Q.ƏLİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью