Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq. Misli Premyer Liqasının bombardirlər sıyahısına 14 qolla inamla başçılıq edən Leandro Andra
“Qarabağ”ın yarımmüdafiəçisi 8 dəfə fərqlənən komanda yoldaşlarına assistentlik edib.
İdman.biz qol ötürmələri ilə yanaşı, ötürmələrin sayı və dəqiqliyi üzrə fərqlənən futbolçuları da müəyyən edib.
Assistentlikdə Leandronu 6 məhsuldar ötürmə ilə komanda yoldaşları Yassin Benzia və Nəriman Axundzadə, eləcə də, “Sabah”dan Boyan Letiç izləyirlər.
Qol ötürmələrindən əvvəlki ötürmələrdə isə Elvin Cəfərquliyev (“Qarabağ”) ön sıradadır – 5.
Onun komanda yoldaşı Abdulla Zubirin 4 belə ötürməsi var. Ümumi ötürmələrin sayında Ruan Renato liderdir.
“Zirə”nin futbolçusu 1582 ötürmə verib. Murad Xaçayevdə (“Sumqayıt”) bu rəqəm 1579, Con İrasabalda (“Sabah”) 1468-dir.
Ötürmələrin dəqiqlik faizində Riçard Almeyda öndədir - 94,03 faiz.