Misli Premyer Liqasında VIII tur davam edir YENİLƏNİR

18.10.2025

Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasında 8-ci turun matçları davam edir. 

İdmanxeber.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma keçiriləcək. 

Əvvəlcə “İmişli” Qubada “Qəbələ”ni sınağa çəkəcək. 7 oyundan sonra 8 xalı olan İmişli təmsilçisi 9-cu pillədə qərarlaşıb. 4 xalı olan “Qəbələ” isə 11-ci yeri tutur. 

Günün ikinci matçında “Sumqayıt” “Karvan-Yevlax”ı sınağa çəkəcək. Son 3 turda cəmi 1 xal toplayan Sumqayıt təmsilçisi hazırda 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, tura sabah keçiriləcək iki matçla yekun vurulacaq. 

18 oktyabr (şənbə)

14:30. “İmişli” – “Qəbələ”
Hakimlər:
 İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov
VAR: Tural Qurbanov
AVAR: Şirmamed Mamedov
Quba OİK stadionu

18:00. “Sumqayıt” – “Karvan-Yevlax”
Hakimlər:
 Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev
VAR: Əli Əliyev
AVAR: Əliyar Ağayev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью