Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
1998-ci ildə keçirilmiş "Miss Azərbaycan" gözəllik müsabiqəsinə aid arxiv görüntülər sosial şəbəkələrdə yenidən gündəmə gəlib.
Milli.Az xəbər verir ki, sözügedən kadrlar qısa zamanda izləyicilərin marağına səbəb olaraq geniş müzakirələr yaradıb.
Yayılan videolarda müsabiqə iştirakçılarının indiki modellərlə müqayisədə daha təbii görünüşə malik olmaları xüsusi diqqət çəkib. Sosial media istifadəçiləri həmin dövrdə estetik müdaxilələrin az olduğunu, təbii gözəlliyin və sadəliyin ön planda dayandığını vurğulayıblar.
Arxiv görüntülərində sonradan tanınmış simaya çevrilən bəzi məşhurların da yer alması marağı daha da artırıb. İzləyicilər modellərin səhnə yürüşlərini, davranışlarını və ümumi performanslarını bugünkü gözəllik yarışmaları ilə müqayisə edərək fərqli fikirlər səsləndiriblər.
Bəziləri 1998-ci ilin müsabiqə ab-havasını daha səmimi və təbii hesab etdiklərini bildiriblər, digərləri isə müasir dövrdə peşəkarlıq və səhnə texnikasının daha inkişaf etdiyini qeyd ediblər.
Qeyd edək ki, bu arxiv kadrlar nostalji hisslər oyadaraq yenidən gündəmə gəlib.
Musa
Milli.Az