Mişustin Rusiya Aİİ ölkələri ilə ümumi maliyyə bazarı formalaşdırır

18.09.2025

Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə birgə maliyyə bazarının formalaşdırılması istiqamətində işləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Mixail Mişustin 2025-ci il Moskva Maliyyə Forumunun iştirakçılarına müraciətində bildirib.

"Aİİ-dəki həmkarlarımıza gəlincə, biz artıq onlarla ümumi maliyyə bazarının formalaşdırılması istiqamətində işləyirik. Rusiya qiymətli kağızların transsərhəd qəbulu haqqında saziş imzalayıb", - Mişustin bildirib.

Rusiya hökumətinin başçısı fond bazarına inamın artırılmasının vacibliyini də bəyan edib. 2025-ci ildə Moskva Maliyyə Forumu 10 illiyini qeyd edəcək. Bu ilin əsas mövzusu “Maliyyə Sistemi: Problemlər və Məqsədlər”dir.

Moskva Maliyyə Forumu hər il maliyyə-iqtisadi siyasətin aktual məsələlərini, Rusiyanın maliyyə sisteminin uzunmüddətli sabitliyini müzakirə edir, Rusiya hökumətinin maliyyə-iqtisadi sektorunun tənzimlənməsi üçün effektiv həllər hazırlayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью