MİT dən uğurlu əməliyyat 53 nəfərin ölümünə səbəb olan terrorçu tutuldu

25.02.2025

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Reyhanlı şəhərində törədilən terror aktının iştirakçılarından biri tutulub.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Temir Dükancı Milli Kəşfiyyat İdarəsinin (MİT) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

O, Suriya-Livan sərhədində saxlanılaraq Türkiyəyə gətirilib.

Məlumata görə, terrorçu Suriyadan Livana qaçmaq istəyirdi.

Qeyd olunub ki, narıncı bülletenlə axtarılan terrorçu ölkədə baş verən son proseslər fonunda Suriyadan Livana qaçmaq istəyirdi.

Xatırladaq ki, 2013-cü ildə Reyhanlıda törədilən terror aktı nəticəsində 53 nəfər həlak olmuşdu. T.Dükancı həmin hadisədə iştirak edib. O, partlayıcı maddələrin Türkiyəyə gətirilməsinə kömək edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью