MİT rəhbərindən CHPyə gözlənilməz ziyarət

21.11.2024

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Cümhuriyyət Xalq Partiyasını (CHP) ziyarət edib.

Bakıvaxtı.az Türkiyə mediasına istinadən xəbər verir ki, məqsəd FETÖ lideri Fətullah Gülənin vəfatından sonra təşkilatın sözügedən partiyanı məlumatlandırması olub.

Belə ki, Gülənin ölümündən sonra ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə AKP-nin iclası keçirilib, bu zaman MİT rəhbəri FETÖ ilə bağlı material təqdim edib. Bundan sonra CHP sədri Özgür Özel açıqlama verərək eyni addımın öz partiyasına qarşı sərgilənməli olduğunu bildirib.

Qeyd olunur ki, MİT sədri məhz buna görə CHP-ni ziyarət edərək terror təşkilatlarının fəaliyyətləri və mümkün təhdidləri ilə bağlı onları məlumatlandırıb.

İclas 2 saat 20 dəqiqə davam edib.

Toplantıda partiyanı maraqlandıran suallar İ. Kalın və rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən cavablandırılıb.

Xatırladaq ki, F. Gülən oktyabrın 20-si vəfat edib. Pensilvaniyada yaşayan 83 yaşlı təşkilat lideri xəstəxanada ölüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью