MİTdən Suriyada əməliyyat: PKKnın qadın lideri məhv edildi

19.12.2024

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) Suriyanın Qamışlı bölgəsində təşkil etdiyi əməliyyatla PKK-nın Cəzirə bölgəsi üzrə qadın “lideri” “Nəsrin Amed” kod adlı Yayla Qızılqayanı zərərsizləşdirib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

MİT 14 yaşında PKK-ya qoşulan Y.Qızılqayanı Türkiyə, İraq və Suriyadakı silahlı fəaliyyətlərinə görə hədəf siyahısına daxil etmişdi.

Qeyd edək ki, terrorçu Qızılqaya Suriyada PKK-nın qadın kadrlarının idarə edilməsinə rəhbərlik edirdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью