Mitsotakisin prezidentliyə namizədi BU şəxs oldu

15.01.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Yunanıstanın baş naziri Kiryakos Mitsotakis ölkədə keçiriləcək prezident seçkilərində namizədini açıqlayıb.

Bakıvaxtı.az ERT-yə istinadla xəbər verir ki,  o, parlament sədri Konstantinos Tasulası namizəd kimi irəli sürüb.

Mitsotakis Yunanıstanda prezidentin icra səlahiyyətlərinin məhdud olmasına baxmayaraq, millət üçün simvolik əhəmiyyətə malik olduğunu vurğulayaraq bildirib: 

 “Prezidentin birləşdirici vəzifəsini nəzərə alaraq, onun yalnız bir dəfə və 6 illik müddətə seçilməli olduğuna inanıram".

Konstitusiya dəyişikliyi çərçivəsində prezidentin səlahiyyət müddətinin dəyişdirilməsi ilə bağlı təkliflərini parlamentə təqdim edəcəklərini bildirən Mitsotakis qeyd edib: 

“Elan edirəm ki, Yeni Demokratiya Partiyasının növbəti prezidentliyə namizədi parlamentin hazırkı sədridir".

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью