Mitsubishi Pajero ailəsi yeni modellərlə genişlənəcək

06.08.2026

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mitsubishi Pajero modelini ayrıca avtomobil ailəsinə çevirməyi planlaşdırır.

Avtosfer.az xəbər verir ki, şirkətin inkişaf strategiyasına əsasən, ailəyə gələcəkdə kompakt krossover və Pajero Mini adlı yolsuzluq modeli də daxil ediləcək.

Pajero ailəsinin flaqmanı isə yaxın vaxtlarda təqdim olunacaq yeni nəsil çərçivəli yolsuzluq avtomobili olacaq.

Mitsubishi 2031-ci maliyyə ilinə qədər ümumilikdə ən azı 13 yeni model təqdim etməyi planlaşdırır. Yeni Pajero ailəsinin digər üzvlərinin isə onilliyin sonuna yaxın satışa çıxarılması gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью