Mixail Kavelaşvili Gürcüstan prezidenti vəzifəsinə başlayıb Xəbər saytı Son xəbərlər və Hadisələr

29.12.2024

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mixail Kavelaşvili Gürcüstan prezidenti vəzifəsinə başlayıb.

BAKU.WS xəbər verir ki, yeni dövlət başçısının andiçmə mərasimi Gürcüstan parlamentinin saytında canlı yayımlanıb.

Parlamentin plenar iclas zalında keçirilən təntənəli mərasimdə Kavelaşvili İncil və Gürcüstan Konstitusiyası üzərinə and içib.

Mərasimdə onun ailə üzvləri, parlament üzvləri, Gürcüstanın Pravoslav Kilsəsinin və digər dini icmaların nümayəndələri, Konstitusiya və Ali Məhkəmələrin rəhbərləri, Acariya hökumətinin başçısı Tornike Rijiadze, hökumət üzvləri, Kavelaşvilini seçən seçicilər kollegiyası, rəsmi şəxslər və hərbçilər iştirak edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью