Mixail Mişustin: Rusiya 2060cı ilədək karbon neytrallığına nail olmağı planlaşdırır | Icma…
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq. Rusiya 2060-cı ilədək karbon neytrallığına nail olmağı planlaşdırır.
"Cebheinfo.az" xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin Bakıda COP29 liderlər sammitindəki çıxışında bildirib.
"2060-cı ilədək karbon neytrallığına çıxmağı planlaşdırırıq.
Enerji səmərəliliyinin artırılmasına, elektrik nəqliyyatının inkişafına, kənd və meşə təsərrüfatında müasir həllərin tətbiqinə diqqət yetiririk.
Rusiyada artıq enerji balansının 85 %-i "təmiz", aşağı emissiyalı generasiyaya düşür.
Bu, ilk növbədə qaz, atom enerjisi və bərpa olunan mənbələrdir", - o qeyd edib.
Baş nazirin sözlərinə görə, Rusiya 1990-cı il səviyyəsi ilə müqayisədə istixana qazı emissiyalarını iki dəfədən çox azaldıb. M.
Mişustin, iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb və əməkdaşlığın dörd prioritet istiqamətini qeyd edib.
Tam oxu
Xəbəri oxu