Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir. "Rusiya 2060-cı ilədək karbon neytrallığına nail olmağı planlaşdırır".
"Report" xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin Bakıda COP29 liderlər sammitindəki çıxışında bildirib.
"2060-cı ilədək karbon neytrallığına çıxmağı planlaşdırırıq.
Enerji səmərəliliyinin artırılmasına, elektrikli nəqliyyatın inkişafına, kənd və meşə təsərrüfatında müasir həllərin tətbiqinə diqqət yetiririk.
Rusiyada artıq enerji balansının 85%-i "təmiz", aşağı emissiyalı generasiyaya düşür.
Bu, ilk növbədə qaz, atom enerjisi və bərpa olunan mənbələrdir", - deyə o qeyd edib.
Baş nazirin sözlərinə görə, Rusiya 1990-cı il səviyyəsi ilə müqayisədə istixana qazı emissiyalarını iki dəfədən çox azaldıb.
M.Mişustin, iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb və əməkdaşlığın dörd prioritet istiqamətini qeyd edib.