Mixail Saakaşviliyə daha 4 il 6 ay müddətinə həbs verildi

17.03.2025

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sərhədi qanunsuz keçmə ittihamına görə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bakupost.az xəbər verir ki, hökm Tbilisi Şəhər Məhkəməsində elan olunub.

Xatırladaq ki, M.Saakaşvili 2021-ci ilin sentyabrın 29-da səkkiz illik mühacirətdən sonra gizli yolla Gürcüstana dönüb. O, bir neçə gündən sonra – oktyabrın 1-də saxlanılıb.

Qeyd edək ki, məhkəmənin martın 12-də açıqladığı qərarla eks-prezident 2009-2012-ci illərdə büdcə vəsaitlərini şəxsi ehtiyacları üçün xərclədiyinə görə 9 il müddətinə həbs olunub.

Məhkəmədə M.Saakaşvili ilə bağlı daha iki cinayət işinə baxılır. İşlər 2007-ci ilin noyabrın 7-də müxalifətin mitinqinin amansızlıqla dağıdılması və “İmedi” telekanalının qanunsuz mənimsənilməsi ilə bağlıdır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью