“MİXAYLO LƏQƏBLİ ŞƏHİD MÜHÜD ORUCOV Ərdoğan onu Azərbaycanın aslanı” adlandırmışdı + VİDEO

03.04.2025

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

"Mühüd həmişə deyirdi ki, hərbçiliyi seçəndən sonra gərək ya general olasan, ya da şəhid".

Bunu "Mixaylo" ləqəbli Aprel döyüşləri şəhidi Mühüd Orucovun dostu Habil Abdullayev Baku TV-yə onunla bağlı xatirələrindən danışarkən deyib.

H.Abdullayevin sözlərinə görə, şəhidə ləqəbi düşməndən qisas aldığı üçün döyüş yoldaşları tərəfindən verilib.

"Mühüd Türkiyədə kursu birinciliklə bitirdiyi üçün Rəcəb Tayyib Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmış və onu təltif etmişdi", - şəhidin dostu əlavə edib.

Ətraflı süjetdə:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью