Mixeil Kavelaşvili: Azərbaycan və Gürcüstan ikili standartların hədəfinə çevrilib

16.04.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Əminəm ki, ümumi gələcəyimizə firavan Cənubi Qafqaz daxildir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra Gürcüstan Prezidenti Mixeil Kavelaşvili mətbuata bəyanatında bildirib.

Gürcüstan Prezidenti deyib: “Təəssüf ki, ölkələrimiz ikili standartların hədəfinə çevrilib. Biz bu təhlükələri aradan qaldıra bildik. Heç kəs bizim üçün nəyin daha yaxşı olduğunu bilə bilməz. İnanıram ki, əlaqələrimiz daha da sürətlə inkişaf edəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью