Mixeil Kavelaşvilinin andiçmə mərasiminə xarici ölkələrin nümayəndələri dəvət edilməyiblər

26.12.2024

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gürcüstanın yeni seçilmiş Prezidenti Mixeil Kavelaşvilinin andiçmə mərasiminə xarici ölkələrin nümayəndələri dəvət edilməyiblər.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə parlamentin sədri Şalva Papuaşvili bildirib.

O, mərasimin keçiriləcəyi parlamentin iclas zalında müəyyən məhdudiyyətlərin olduğunu, seçicilər kollegiyasının üzvlərinin iştirakının, həmçinin konstitusiya orqanlarının tam təmsil olunmasının vacib olduğunu qeyd edib.
Papauaşvili mərasimin sabah saat 11-də baş tutacağını qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью