Mixeil Kavelaşvilinin inaqurasiya mərasimi dekabrın 29da baş tutacaq

25.12.2024

Icma.az, Apa.az saytına istinadən bildirir.

Gürcüstanın 6-cı Prezidenti Mixeil Kavelaşvilinin inaqurasiya mərasimi dekabrın 29-da parlament binasında baş tutacaq.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı parlamentin mətbuat xidməti yayıb.

Xatırladaq ki, Gürcüstanın hazırkı Prezidenti Salome Zurabişvili və müxalif partiyalar yeni prezidentin legitimliyini tanımadıqlarını, andiçmədən sonra da Zurabişvilinin Prezident qalacağını bəyan ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью