Miyanküdəki məktəbdə transformator problemi həll olundu

30.09.2026

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Masallı rayonu Miyankü kənd Nadir Aslanov adına tam orta məktəbdəki transformator problemi həll olunub.

Belə ki, bununla bağlı ötən həftə kənd sakinləri “Qafqazinfo”ya müraciət etmişdi.

Məsələni saytımızda işıqlandırdıqdan sonra problem Elm və Təhsil Nazirliyi tərəfindən operativ şəkildə aradan qaldırılıb.

Xatırladaq ki, iyun ayında məktəbin transformatorunun partlaması nəticəsində yeni tədris ilində şagirdlər qaranlıq sinif otaqlarından və antisanitar vəziyyətdən narazı idilər. Hazırda məktəbdə su və işıqla bağlı hər hansı bir problem yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью