MKA: “Microsoft Outlook” məhsulunda təhlükəsizlik boşluğu aşkarlanıb

13.11.2026

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Microsoft Outlook” məhsulunda təhlükəsizlik boşluğu aşkarlanıb.

“APA-Economics” bu barədə Milli Kibertəhlükəsizlik Agentliyinə (MKA) istinadən xəbər verir.

“Boşluq məhsulda istifadəçinin potensial təhlükəli əməliyyatlar barədə lazımi qaydada xəbərdar edilməməsi ilə bağlıdır. Zəiflikdən istifadə edən hücumçu xüsusi hazırlanmış Office faylını istifadəçiyə göndərə və həmin fayl açıldıqda Outlook- un hücumçu tərəfindən idarə olunan xarici şəbəkə ünvanına qoşulmasına səbəb ola bilər. Bu zaman istifadəçinin NTLMv2 autentifikasiya məlumatları hücumçuya açıqlana bilər. Microsoft zəifliyin real hücumlarda istifadə edildiyini təsdiqləyib”

Zəifliyin CVSS 3.1 üzrə risk göstəricisi 6,5 – orta (Medium) qiymətləndirilib.

Qeyd edək ki, agentliyin məlumatına əsasən, ötən gün axşam saatlarından etibarən "Microsoft 365" xidmətlərində qlobal miqyasda nasazlıq qeydə alınıb. İstifadəçilər "Outlook", "Teams", "OneDrive" və "Copilot" xidmətlərinə giriş, elektron məktubların çatdırılması və onlayn görüşlərin təşkili ilə bağlı çətinliklərlə üzləşiblər.

Bununla bağlı Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) istifadəçilərə aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edib:

- Microsoft adından göndərilən və hesab məlumatlarının yenilənməsini və ya təsdiqlənməsini tələb edən şübhəli məktublara və keçidlərə qarşı diqqətli olun;

- Parollarınızı və təsdiqləmə kodlarınızı üçüncü şəxslərlə paylaşmayın;

- Xidmətlərin vəziyyəti ilə bağlı məlumatları yalnız Microsoft-un rəsmi resurslarından əldə edin;

- Problemin aradan qaldırılması adı ilə təqdim edilən naməlum keçidlərə daxil olmayın və şübhəli faylları yükləməyin.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью