MKİ rəhbəri təcili Polşaya gəldi: Nə baş verir?

23.01.2026

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff Polşaya gizli səfər edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Polşanın RMF FM radio stansiyası Vaşinqtondakı mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Ratkliffin səfəri yaxın vaxtlarda baş tutub. Səfər zamanı o, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış, eləcə də daxili işlər naziri və xüsusi xidmət orqanlarının koordinatoru Tomaş Simonyak ilə görüşlər keçirib. Danışıqların mövzusu açıqlanmayıb və məxfi saxlanılır.

MKİ rəhbərinin gizli səfəri barədə məlumatı ölkənin Polşa İnformasiya Agentliyi də təsdiqləyib. Agentliyin Müdafiə Nazirliyindəki mənbələrinin məlumatına görə, Ratkliffin Kosinyak-Kamışla görüşü həftənin əvvəlində baş tutub.

Qeyd edək ki, Con Ratkliff ötən ilin yanvarında, Donald Trumpın Ağ Evə qayıdışından qısa müddət sonra MKİ-yə rəhbər təyin edilib. Trampın əvvəlki prezidentliyi dövründə isə Ratkliff ABŞ-ın milli kəşfiyyat direktoru vəzifəsində çalışıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью